Prezident “ASAN xidmət”lə bağlı yeni fərman imzaladı
23 avqust, 2017 18:53
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 572-dən 640-a çatdırılıb.
1news.az