Bakıda və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz çox olub
23 avqust, 2017 16:11
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Departamentdən 1news.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə avqustun 23-ü saat 15:00-də Bakıda və Abşeron yarımadasında tozun miqdarının bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 12:00 də bu göstərici 32 faiz təşkil edib.
Babək Cahandarov