Gömrükçülər avtobusun salonnuda külli miqdarda siqaret aşkar ediblər.
1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi “Mercedes-208D” markalı, 42-BP-973 nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçirilib.
Baxış zamanı, sərnişin mikroavtobusunun salonunda, Azərbaycan vətəndaşları Məmmədzadə Bəylər Hüseynəli oğlu və Şahyarov Arzuman Xudabağış oğluna məxsus, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 14 min ədəd filterli siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov