1news İnformasiya Agentliyinin müxbiri Pərvanə Sultanova Qazaxıstan Xarici İşlər Nazirliyi tərəfindən jurnalistlər arasında təşkil olunan beynəlxalq müsabiqənin qalibi olub.
Dünən Qazaxıstan Xarici İşlər Nazirliyində XİN rəhbəri Kairat Abdrahmanovun iştirakı ilə “Qazaxıstan xarici jurnalistlərin gözündə” adlı 4-cü beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi olub.
1news İnformasiya Agentliyinin müxbiri Pərvanə Sultanova “Qazaxıstanın yeni missiyası: enerjidən sülh diplomatiyasına doğru” (Kazakhstan's new mission: from energy to peace diplomacy”) başlıqlı məqaləsinə görə xüsusi diploma layiq görülüb. Diplomu həmkarımıza XİN rəhbəri K.Abdrahmanovun özü təqdim edib.
Qeyd edək ki, müsabiqədə beş bölgə üzrə 29 ölkədən 83 jurnalist iştirak edib və onlardan hərəsi bir bölgədən olmaqla yalnız 5 nəfər qalib olub. P.Sultanova MDB və Baltik ölkələri üzrə qalib adını qazanıb. Digər qaliblər İtaliya, Kanada, Cənubi Koreya və İsraili təmsil edirlər.
Babək Cahandarov