İtaliyanın İskya adasında 4,0 bal gücündə zəlzələ baş verib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, yeraltı təkanların episentri adanın qərb sahilində, ocağı isə 10 km dərinlikdə yerləşib.
Son məlumatlara görə, zəlzələ zamanı iki nəfər həlak olub, 26 nəfər yaralanıb ki, bunların 2-sinin vəziyyəti ağırdır. Həmçinin daha bir nəfərin həlak olduğu da bildirilir. Bir sıra yaşayış məntəqələrində dağıntılar qeydə alınıb.
Dağıntılar əsasən adanın iki istirahət şəhərlərində Kazamiççola-Terme və Lakko-Amenoda qeydə alınıb.
Qeyd edək ki, ötən ilin avqustunda da İtaliyanın mərkəzində 6,1 bal gücündə zəlzələ baş vermişdi. Amatriçe şəhərində ciddi dağıntılara səbəb olan zəlzələ zamanı 240 nəfər həlak olmuşdu.
Mövzu ilə əlaqədar oxuyun:
İtaliyada baş verən zəlzələnin qurbanlarının sayı 240-ı ötdü – FOTO – YENİLƏNİB
S.Xankişiyeva