Məşhur aktyor Samuel Cekson və basketbolçu Mecik Consonun birgə fotoları italiyalı Facebook istifadəçiləri arasında geniş müzakirə mövzusuna çevrilib.
1news.az-ın esquire.ru-ya istinadən verdiyi xəbərə görə, Consonun şəxsi Twitter səhifəsində paylaşdığı fotoda adları çəkilən şəxslər Forte-dey-Marmi kurort şəhərində skamyaların birində oturublar, yanlarında isə “Prada” və “Louis Vuitton” kimi tanınmış mağazalardan aldıqları əşyalar var.
İtaliyalı jurnalist Luka Bottura bu fotonu zarafatla şəxsi Facebook səhifəsində “yerli əhalinin yardımları hesabına yaşayan miqrantlar” adı ilə paylaşıb və onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında sürətlə yayılıb.
Bir çoxları onun zarafatını cidsdi qəbul edərək gəlmələrin hərəkətindən hiddətləndiklərini büruzə veriblər. Şərhlərdə bəziləri hər bir italyanın miqranların xeyrinə 35 avro ödədiyini xatırladıb.
Məşhur model Nina Moriç də sözügedən fotonu paylaşaraq “miqrantlara” etirazını bildirib.
“Miqrantların bizim 35 avromuzla Forte-dey-Marmi kimi kurort şəhərlərdə istirahət etmələrini görmək, bu lap ağ oldu” deyə, model Facebook səhifəsində yazıb. Az sonra isə onun bu şərhini 4,5 mindən artıq insan paylaşıb.
“İnsanların 40 faizi bunun təxribat olduğunu anladı, 30 faizi doğrudan da hiddətləndi, 20 faizi isə mənim Samuel Cekson və Mecik Consonu tanımadığımı deyərək bunu irqçilik kimi qələmə verdi”- deyə, Bottura eksperimentinin nəticəsi olaraq Facebbook səhifəsində qeyd edib.
Babək Cahandarov