Rövnəq Abdullayev Sankt-Peterburqda “Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri ilə görüşüb
21 avqust, 2017 22:43
Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.
1news.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikir mübadilələri aparılıb.
1news.az