Polis Barselonada mikroavtobusu kütlənin üzərinə sürən terrorçunun məhv edildiyini təsdiqləyib
21 avqust, 2017 21:39
Kataloniya polisi bir neçə gün əvvəl Barselonada terror aktı törədən şəxsin məhv edildiyini bildirib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, polis terror aktını törədən şəxsin Yunus Əbu Yaqub olduğunu təsdiqləyib.
Xatırladaq ki, terrorçunun idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürməsi nəticəsində 14 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb.
1news.az