Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
21 avqust, 2017 20:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, avqustun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 114 m3/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 31.0 m3/s təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqələrində 2 sm azalma, Salyanda 2 sm artım, Surra və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 21-də 363 sm), Şirvanda 205 sm, Salyanda 140 sm (2016-cı il avqustun 21-də 137 sm), Bankədə 181 sm (2016-cı il avqustun 21-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 21-də 70 sm) təşkil edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.