Xəbərlər

Eynəyi formasina görə deyil, keyfiyyətinə görə seçmək lazımdır
21 avqust, 2017 19:44

Eynək çərçivəyə salınmış şüşə və şüşələrdən hazırlanmış bir vasitədir.

Ondan müxtəlif məqsədlərlə-görmə pozğunluğunu aradan qaldırmaq və yaxşı görməni təmin etmək, xarici təsirlərdən müdafiə olunmaq, elektromaqnit şüalanmalarından qorunmaq və ya sadəcə aksessuar kimi istifadə edilir.

Yay fəsli gün eynəklərinin daha çox istifadə olunduğu dövrdür. Ona görə də gün eynəyi seçərkən və alarkən çox ehtiyatlı olmaq lazımdır. Təəssüf ki, çox vaxt eynək seçərkən onun hazırlandığı materiala və keyfiyyətə yox, formasına üstünlük verilir və belə seçimin nəticəsi olaraq sonradan gözdə və orqanizmdə müxtəlif fəsadlar yaranır. Hətta həkim məsləhəti olmadan alınan eynəklərdən uzun müddət istifadə edilməsi gözdə müəyyən xəstəliklərinin yaranma ehtimalını artırır.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, gün eynəkləri əsasən üç qrupa bölünür: kosmetik, gündən qoruyan adi və yüksək müdafiə qabiliyyətinə malik eynəklər.

Kosmetik eynəklər vizual funksiya daşıyır, imici nəzərə çarpdıran aksessuar rolunu oynayır. Onlar gözləri günəşdən qorumasa da, ziyan da vurmur. Adi gün eynəkləri orta iqlim qurşağının tələblərinə cavab verən gün eynəkləridir. Yüksək müdafiə qabiliyyətinə malik eynəklər isə ilk növbədə hündür dağlıq və qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu, polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüalar deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırır. Belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istifadə etmək olar.

“Xameleonlar” adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq işıqlandırmadan asılı olaraq rəngləri dəyişirlər. Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" həm güclü, həm də zəif dərəcədə tutqunlaşırlar.

Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından ən rahat olanını seçməkdir. Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət etmək lazımdır. Görmə qabiliyyətində problemlər olanda həkim-oftalmoloqun məsləhəti düzgün dioptriyalı gün eynəyi seçməyə kömək edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.