Gədəbəydə limonad zavodunun açılışı olub
20 avqust, 2017 11:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.
Bildirildi ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.
Qeyd edildi ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
S.Xankişiyeva