Göygöl sakini arvadını və qayınanasını bıçaqlayaraq öldürüb
18 avqust, 2017 12:52
Göygöl rayonunda dəhşətl qətl hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qayınanası Höküməyə bıçaqla xəsarət yetirib.
Hadisəni törətdkdən sonra o, könüllü olaraq Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.
Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.
Babək Cahandarov