Prezident İlham Əliyev İspaniyanın kralı VI Felipeyə başsağlığı məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Əlahəzrət,
Ölkənizdə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıtdı.
Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
S.Xankişiyeva