Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək
18 avqust, 2017 18:30
Səudiyyə Ərəbistanının ağır atletika üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək.
Azərbaycan Ağır Atletika Federasiyasından 1news.az-a verilən məlumata görə, məqsəd qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdır. 16 nəfərlik heyət milli komandamızın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq.
Qonaq atletlər ölkəmizdə avqustun 21-dən sentyabrın 16-na qədər hazırlıq keçəcəklər. Bu toplanış milli komandalarımızın üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Babək Cahandarov