Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını təbrik edib
18 avqust, 2017 17:35
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi arzulayıram".
S.Xankişiyeva