İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
18 avqust, 2017 15:56
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İdarənin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı həmin şəxsin daxili orqanı-düz bağırsağından 2 ədəd bükümdə xalis çəkisi 11,05 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə xalis çəkisi 1,3 qram olan psixotrop maddə-metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov