NATO-nun baş katibi İspaniyada törədilmiş terror aktını pisləyib
17 avqust, 2017 23:32
NATO-nun baş katibi Yens Stoltenberq Barselonada törədilmiş terror aktını pisləyib.
“Mən Barselonada törədilmiş dəhşətli hücumu pisləyirəm. Biz terrorizmlə mübarizədə birik”, - deyə baş katib bildirib.
Qeyd edək ki, İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb və nəticədə azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
1news.az