Samuxda zəlzələ baş verib
17 avqust, 2017 09:10
Samuxda zəlzələ baş verib.
1news.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 03:15-də Gəncədən 18 km şimal-şərqdə, Samux rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3,6, dərinliyi 12 km olub. Zəlzələ hiss olunmayıb.
S.Xankişiyeva