Xəbərlər

Cəfər İbrahimli: Bu hadisə maliyyə sektoruna inamı bərpa etdi
17 avqust, 2017 14:34

Azərbaycanın qiymətli kağızlar bazarında investorların çoxdan gözlədiyi likvidlik və bazar dərinliyi yaranıb.

1news.az-ın verdiyi xəbərə görə, qiymətli kağızlar bazarında vəziyyət, bu sahədəki yeniliklər, həmin yeniliklərin maliyyə sektoruna təsiri ilə bağlı sualları kapital bazarı üzrə analitik Cəfər İbrahimli cavablandırıb:

- Cəfər müəllim, əvvəllər investorların Azərbaycanın qiymətli kağızlar bazarında aktivliyi indiki kimi deyildi. Bunun səbəbi nədir?

- Doğrudur, bizim qiymətli kağızlar bazarının özünəməxsus problemləri var. Bunlardan biri qiymətli kağızlarda likvidliyin heç vaxt ciddi təmin olunmaması idi. Sadə desək, bazarda likvidlik və dərinlik yox idi, kağızların alış-satış qiyməti arasında qiymət fərqi də investorlar üçün o qədər də cəlbedici olmurdu. Nəticədə belə kağızlarla əməliyyatlar «ölü» olaraq qalırdı. SOCAR istiqrazları üzrə əməliyyatların 100 milyon dolarlıq həddi keçməsi isə bu kağızların yüksək likvidliyinin və bazarın dərin olduğunu göstərdi.

- İstiqrazlar bazara hansı yeniliyi gətirdi?

- İlk növbədə indi bazarda kifayət qədər oyunçu, yəni alıcı və satıcı var. Bu amil alqı-satqılar arasında qiymət fərqinin aşılmamasına səbəb olur və bu da investorlar üçün ən optimal variantdır. Yəni həm təxminən 5% həddində gəlilrlilik təmin edilir, həm də «ana vəsait» zəmanətlə qorunur. Bu gün tam əminliklə deyə bilərəm ki, kütləvi üsülla yerləşdirilən istiqrazlar üzrə nə daxili bazarda, nə də Azərbaycandan kənarda «ana vəsait»ə SOCAR istiqrazları qədər qarantiya verən ikinci belə qiymətli kağız  yoxdur. Bütün bunlar da istaqrazlara tələbi artırır və əməliyyatların həcmini yüksəldir. Bu investorlar üçün işin müsbət tərəfidir. Digər tərəfdən, uzun müddət - 15 il ərzində Azərbaycan bazarında ilk dəfə olaraq qiymətli kağızın aktiv surətdə alınıb-satılması SOCAR-a və istiqrazın özünə inamın göstəricisidir.

- Bu hadisənin qiymətli kağızar bazarına və ümumilikdə maliyyə sektoruna  təsiri necə olacaq?

- Bilirsiniz, son hadisələrdən sonra maliyyə bazarına inamsızlıq vardı və inamın bərpa edilməsi çox vacib idi. Xüsusilə banklardakı vəziyyət və dollarlaşma prosesi əhalinin dollarda olan vəsaitlərinin yerləşdirilməsi baxımından problem yaranmışdı. Əhali pullarını yastıq altında saxlamağa üstünlük verirdi. SOCAR-ın belə bir kağızının buraxılması və ona həm fiziki, həm də hüquqi şəxslərin investisiya etməsi və istiqraz üzrə olan öhdəliklərin nöqsansız icra olunması isə istər-istəməz bazara marağı artırdı. Bu isə son nəticədə ölkənin maliyyə sektoruna inamı artırdı.

- Yəni əhali əlindəki pulları istiqrazlara yatırmağa başlayıb?

- Bəli. Kapital bazarının əsas funksiyası, əhalinin əlindəki sərbəst və istifadəsiz pul vəsaitlərini iqtisadiyyata yönəlmək, onları iqtisadiyatın inkişafı üçün istifadə edilməsidir. İstiqrazlar buraxılanadək ölkədə ciddi şəkildə dollarlaşma vardı, bu vəsaitlər yastıq altında saxlanılırdı. İstiqazların hesabına isə bu vəsaitlərin bir hissəsi kapital bazarları üzərindən ölkə iqtisadiyyatına yönəldildi.

Özü də söhbət təkcə 100 milyondan getmir. Təkrar bazardakı əməliyyatları da nəzərə alanda görürük ki, bu kağızlar minlərlə investora öz vəsaitlərini qısa və uzun müddətli yatırmağa imkan yaradıb.

- İstiqrazların alıcıları ondan razı qaldılar? Yəni bu kağızlardan gözlədikləri faydaları götürə bildilər?

- Baxın, investorlar çox ehtiyatlıdırlar. SOCAR İstiqrazları yeni buraxılarkən, bizim bəzi müştərilər onları 1-2 aylıq müddətə alıb vəziyyəti izləyirdilər. Yəni baxırdılar ki, istiqrazlar üzrə öhdəliklər necə icra olunur, ehtiyac olduqda onları geri satmaq mümkün olurmu, geri alma prosesi necə gedir, bir sözlə istiqrazlarla bağlı vəd edilənlər yerinə yetirilirmi?! Məlum oldu ki, bütün bu mexanizmlər deyildiyi kimi çalışır.

İstiqrazların likvidliyi, faizlərin vaxtında ödənilməsi, həm də bazardakı tələb təklifin qarşılanması nəticəsində bu investorlar kağızları satmaqdan fikirlərini dəyişdilər. Hesab etdilər ki, güvənli investisiyadir və vəsaitlərin burada olması vacibdir. 

Digər tərəfdən, banklar dollar üzrə əmanətlərin faizlərini bir qədər də aşağı salıblar. Baxmayaraq ki, sığortalanan hədd ildə 3% təşkil edir. İstiqrazlarda isə gəlirlik daha yüksəkdir - ildə 5%. Belə vəziyyətdə investorlar istiqrazlara daha çox üstünlük verməyə başladılar.

- Yatırımların likvidliyi investorlar üçün niyə bu qədər vacibdir?

- Bu çox mühüm məqamdır. İndiki vaxtda yatırımın likvidliyi – yəni onu dərhal pula və ya əksinə çevirmək imkanı çox əhəmiyətlidir. Çünki iqtisadiyyatda vəziyyət tez-tez dəyişir. Belə vəziyyətlərdə yatırımcılar üçün qısa vaxtda pozisiyalarını dəyişəbilmək imkanının olması çox vacibdir. Yəni likvidlik elə səviyyədə olmalıdır ki, onu dərhal pula çevirmək mümkün olsun. SOCAR İstiqrazlarında bu yüksək səviyyədədir - siz istənilən vaxt kağızı alıb-sata bilirsiniz, yəni  asanlıqla bazara daxil olub-çıxa bilirsiniz.

- Bəs hüquqi şəxslər, yəni şirkətlər üçün SOCAR İstiqrazları nə qədər sərfəlidir? 

- İstiqrazlar fiziki şəxslər üçün olduğu qədər, şirkətlər üçün də  əlverişlidir. Son vaxtlar şəffaflığın təmin olunması məqsədi ilə nağdlaşdırma ilə bağlı yeni tələblərin tətbiqi, şirkətlərin öz vəsaitlərini idarə etmək, bankdan çıxarıb kassada saxlamaları ilə bağlı müəyyən çətinliklər yaradıb. Nəticədə son vaxtlarda banklarda şirkətlərin vəsaitləri artıb. Şirkətlər bundan demək olar ki, xeyir götürmürlər. Çünki cari hesablarda olan pullar şirkətə ümumiyyətlə gəlir gətirmir, depozit hesabındakı pulların gəlirliyi isə əmanətlərdən də aşağı həddədir. Bu mənada şirkətlər öz pullarının bir hissəsini daha çevik alət olan SOCAR istiqrazlarına investisiya edə bilərlər.

- Bu bütün şirkətlərə aiddir?

- Bəli, xüsusilə də xarici ticarətlə məşğul olanlara. Xarici ticarət əməliyyatlar aparan şirkətlər vəsaitlərinin bir hissəsini xarici valyutada, dollarda saxlamağa məcburdurlar. Bunlar idxal edəcəkləri malların dəyəri valyutada ödəyirlər və valyuta riskindən qorunmaq üçün ciddi miqdarda valyuta saxlamalı olurlar. Həmin vəsaitləri daha çevik idarə etmək və ödəniş müddətinədək gəlir əldə etmək üçün SOCAR İstiqrazlarına investisiya edə bilərlər. Fikrimcə, belə şirkətlər vəsaitlərinin daha səmərəli idarə edilməsi yollarını arayarkən istiqrazların daha üstün variant olduğuna özləri də əmin olacaqlar.

- İstiqrazlar bank kreditlərini əvəz edə bilərmi?

- Əlbəttə, uzun müddətdir bizim dediyimiz kimi, yerli şirkətlər maliyyələşmə məsələlərində təkcə banklardan asılı olmamalı, pul cəlb etmək üçün təkcə bank kreditlərindən deyil, qiymətli kağızlar bazarından da faydalanmalı idilər. Şirkətlər öz imkanları daxilində kapital bazarlarına çıxıb, daha ucuz vəsaitlərə çıxmaq və alternativ maliyyələşmə imkanlarından istifadə etməli idi. Bu həm də şirkətin bazarda tanınması və reklamı ola bilər.

Bu mənada biz hesab edirik ki, SOCAR-dan sonra istiqrazların bu qədər populyarlaşması, digər şirkətlərin də bu bazara gəlməsinə imkan yaradacaq. Bu isə həm alternativ maliyyələşmə imkanları, həm də iqtisadiyyatda şəffaflığın artması və bunlara parallel olaraq faiz dərəcələrinin aşağı enməsinə kömək edərdi. Çünki istiqraz buraxmaq -  şirkətin şəffaflığının, maliyyə dayanıqlığının və müasir idarəetmə standartlarına sahib olduğunun göstəricilərindən biridir.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.