Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Ölənlər Lənkəranın İstisu kənd sakinləri - “VAZ 2107”nin sürücüsü Kamran Xudiyev və sərnişini, 1972-ci il təvəllüdlü Səbirə İmran qızı Əlimirzəyevadır.
Xəsarət alanlar - Astara sakini 1984-cü il təvəllüdlü Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.
Qəza zamanı xəsarət alan 5-ci şəxs isə Facir Mahir oğludur. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Babək Cahandarov

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı