Kənd təsərrüfatının ümumi məhsulu 1,2 faiz artıb
16 avqust, 2017 23:27
Bu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 3 milyard 688,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, onun 1 milyard 948,0 milyon manatı heyvandarlıq, 1 milyard 740,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3 faiz artıb, bitkiçilik məhsullarının istehsalı isə 0,8 faiz azalıb.
1news.az