Xəzərdə zəlzələ olub
16 avqust, 2017 10:28
Avqustun 16-da Xəzər dənizində 3,5 bal gücündə zəlzələ olub.
1news.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:33:13-də qeydə alınıb.
Episentri 60 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
S.Xankişiyeva