Azərbaycan Güləş Federasiyası Semyon Çterevlə əməkdaşlığı bitirib
16 avqust, 2017 18:15
Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib.
Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək.
Xatırladaq ki, bolqarıstanlı mütəxəssis 2014-cü ilin noyabrından etibarən qadın güləşi üzrə yığma komandaya rəhbərlik edirdi.
Babək Cahandarov