Bakıda kafedə kütləvi dava olub: ölən və xəsarət alanlar var
15 avqust, 2017 11:39
Bakıda qətl törədilib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.
Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Babək Cahandarov