Xəbərlər

Heydər Əliyev Fondu Venesiyada Martin Rotun anım gününü qeyd edəcək - FOTO
15 avqust, 2017 16:51

Görkəmli incəsənət xadimi, bir müddət əvvəl Londonda Viktoriya və Albert Muzeyinə rəhbərlik etmiş və muzey işi və kuratorluq sahəsində böyük təcrübəyə sahib olan doktor Martin Rot vəfat edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, onun Azərbaycanla dostluğu 2008-ci ildə, o, Drezden Dövlət Muzeylər Birliyinin baş direktoru olarkən başlayıb. Onun rəhbərliyi altında Drezden muzeyləri rekonstruksiya olundu və şəhərin tarixi mərkəzindəki bərpa edilmiş binalarda ən son texnoloji avadanlıqlarla təchiz olunaraq sahələri genişləndirildi.

Bu müddətdə Martin Rot və Heydər Əliyev Fondu arasında Almaniyada Azərbaycan incəsənəti sərgisinin təşkil olunması barədə danışıqlar keçirildi. Amma M.Rotun həyatında əlamətdar hadisə baş verdi – o, Londona Viktoriya və Albert Muzeyinə rəhbərlik etməyə dəvət olundu. Muzeydəki fəaliyyəti dövründə Martin Rot bir çox şeyi dəyişə və təkmilləşdirə bildi: muzeyin binası qismən rekonstruksiya edildi, Londonun özündə və Şotlandiyanın Dandi şəhərində filialların yaradılması planları meydana çıxdı. Moda və musiqi tarixinin personajlarına həsr olunmuş fundamental müvəqqəti sərgilər isə muzeydə tətbiqi incəsənət muzeyi üçün nadir bir şey olan ajiotaj yaratdı. Muzeyə gələnlərin sayı rekord göstəricilərədək artdı və 2015-ci ildə Viktoriya və Albert Muzeyi Böyük Britaniyada ilin ən yaxşı muzeyi adına layiq görüldü.

2015-ci ildə Avropada ilk dəfə ötən əsrin ortalarına aid Azərbaycan avanqard təsviri incəsənətinin şedevrləri nümayiş olunan Azərbaycanın milli pavilyonunun sərgisinə baş çəkərkən Martin Rot iki il sonra bu sərginin kuratoru olmaq təklifini qəbul etmişdi.

2017-ci il Biennalenin mövzusu və Azərbaycanın multikulturalizm layihəsinin konsepsiyası onun əqidəsi və tolerantlığa münasibətinə uyğun idi və onun müasir cəmiyyətdə millətçilik və ksenofobiya təzahürlərinə dözümsüzlüyünə yaxın idi. Doktor Rotun sərginin təşkilində iştirakı çox vacib idi: onun yüksək peşəkarlığı, Avropanın iri muzeyləri ilə işi, incəsənət sahəsində həyata keçirdiyi mühüm beynəlxalq layihələr bu sərginin hazırlanmasına böyük töhfə verdi.

Qismət elə gətirdi ki, bu layihə onun parlaq həyatında sonuncu layihə oldu.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.