Dünya Azərbaycanlıları Assambleyasında növbəti struktur təyinatı həyata keçirilib. Belə ki, Təhsil Nazirliyi mütəxəssisi Aygün Qurbanlı təşkilatın strateji tədqiqat, planlaşdırma və araşdırmalar depratamenti rəhbəri təyin olundu.
1news.az-a Assambleyadan verilən xəbərə görə, bu təyinat Aygün xanımın iş və təhsil karyerasında ilk uğuru deyil.
Bu günə qədər A.Qurbanlı Bakı Baş Gömrük İdarəsində 2012-2014-cü illərdə inspektor vəzfəsində, 2015-ci ildə Diplomatik Akademiyasında professor köməkçisi işləyib. Hazırda O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsilin İnkişafı Proqramları şöbəsində mütəxəssis, həmçinin, Azərbaycan Respublikası Təhsil İnstitutu və UNİCEF Azərbaycanın “3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” birgə layihəsinin layihə kordinatoru vəzifəsində işləyir.
Aygün Qurbanlı Diplomatiya Akademiyasını ictimai siyasət ixtisası üzrə magistr təhsili almış eyni zamanda Yaponiyanın Osaka Universitetində tələbə mübadiləsi proqramı çərçivəsində beynəlxalq ictimai siyasət ixtisası üzrə təhsil alıb.
S.Xankişiyeva