Syerra Leonedə daşqınlar nəticəsində ölənlərin sayı 312 nəfərə çatıb
14 avqust, 2017 22:17
Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 312 nəfərə çatıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyinə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ölənlərin sayının artması istisna deyil. Reuters agentliyinin xəbərinə görə, Fritaunun mərkəzi morquna 179 nəfər gətirilib.
1news.az