Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub.
NRYTN-dən 1news.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.
Xidmətdən istifadə etmək üçün portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə “Bütün xidmətlər” bölməsini, sonra isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmətləri içərisindən “Elektron müraciət” adlı xidməti seçilməlidir. Açılan səhifədə “Su kanal idarələri”, yaxud “İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib “Müraciət et” düyməsinə sıxmaq lazımdır.
Babək Cahandarov