Xəbərlər

Azərbaycanlı aktyor xərçəng xəstəsi olan həyat yoldaşını “öldürdü”
10 avqust, 2017 15:30

“Maşın” şounun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarov bu gün PrimeTime.Az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyib.

1news.az-ın məlumatına görə, S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: “Çox pisəm. İki övladım anasız qaldı”.

Bir qədər sonra aktyorun bacısı Vəfa Xanlarova adıçəkilən sayta zəng edərək məlumatın doğru olmadığını bildirib. Qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmədiyini deyən V.Xanlarova onun bu hərəkətini pisləyib:

“Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Sonradan S.Xanlarov həyat yoldaşının ölümü ilə reklam olunması xəbərlərinə aydınlıq gətirərək rəhmətə gedən şəxsin həyat yoldaşı deyil, sevgilisi olduğunu bildirib:

 “Rəhmətə gedən mənim həyat yoldaşım deyil, sevgilimdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sosial şəbəkə istifadəçiləri yazır ki, arvadının ölümü barədə xəbər yayaraq özünü reklam edir. Kimin nəyinə lazımdır? Nə deyirəm, nə danışıram özüm bilərəm.

Həyat yoldaşım sağ-salamatdır, övladlarımın yanındadır. Niyə ölsün ki?! İki balam var”.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.