Xəbərlər

Özbəkistan mobil cihazların qeydiyyata alınması ilə bağlı Azərbaycan təcrübəsini öyrənir
09 avqust, 2017 19:05

Özbəkistan mobil cihazların IMEI kodlar əsasında qeydiyyata alınması sahəsində Azərbaycan təcrübəsini öyrənmək istəyir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu barədə avqustun 9-da komitədə Özbəkistan Respublikasının Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş zamanı danışılıb. Görüşdə iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu və hər iki ölkənin gömrük orqanlarının bu münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, yaxın vaxtlarda Özbəkistanda mobil cihazların IMEI kodlar əsasında qeydiyyata alınması prosesi həyata keçiriləcək və səfərin məqsədi də bu sahədə mühüm addımlar ataraq təqdirəlayiq nailiyyətlər əldə edən Azərbaycan təcrübəsini öyrənməkdir. Nümayəndə heyətinə texniki və təşkilati-hüquqi məsələlər, bu sahəyə cavabdeh olan müvafiq qurumlar arasında əməkdaşlığın təşkili barədə ətraflı məlumat verilib.

Daha sonra Dövlət Gömrük Komitəsinin “Hədəf” mərkəzi ilə tanış olan nümayəndə heyətinə Azərbaycan gömrüyünün Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), “Mal və nəqliyyat vasitələrinin buraxılış vaxtının ölçülməsi” (TRS), “Bir pəncərə”, “Yaşıl dəhliz” və digər innovasiya layihələri barədə məlumat verilib, nümayəndə heyətini maraqlandıran suallar ətraflı cavablandırılıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.