Türkiyə İranla sərhəddə sədd inşa etməyə başlayıb
08 avqust, 2017 20:38
Türkiyə hökuməti İranla sərhəddə 70 kilometrlik sədd inşa etməyə başlayıb.
1news.az-ın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, ucaldılacaq sədd hündürlüyü 3 metr və eni 2 metr olan 7 tonluq beton bloklardan ibarət olacaq. Məlumata görə, tikinti həyata keçirilən əraziyə Ağrı əyalətinin valisi Süleyman Elban baş çəkib.
Qeyd edək ki, Türkiyə hazırda Suriya ilə sərhəddə 900 km uzunluğunda səddin tikintisi başa çatmaq üzrədir.
Məlumata görə, divarın tikintisi PKK-ya qarşı yönələn tədbirlər çərçivəsində həyata keçirilir.
1news.az