İraqda 27 nəfər edam cəzasına məhkum edildi
08 avqust, 2017 20:31
İraq məhkəməsi 27 İŞİD üzvünü kütləvi qırğın törətməkdə təqsirli bilərək edam cəzasına məhkum edib.
1news.az xəbər verir ki, təqsirli bilinən şəxslər 2014-cü ilin iyununda Tikrit şəhəri yaxınlığındakı aviabazada 1700-ə yaxın müdavimi qətlə yetirməkdə ittiham olunublar.
Məhkəmə prosesi nəticəsində 25 nəfər isə dəlil yetərsizliyi səbəbi ilə azadlığa buraxılıb.
1news.az