İlham Əliyev Sinqapur prezidentini təbrik edib
08 avqust, 2017 18:16
Prezident İlham Əliyev Sinqapur Respublikasının prezidenti Toni Tan Kenq Yama təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm”.
Babək Cahandarov