Xəbərlər

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib
08 avqust, 2017 17:54

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.

Komitədən 1news.az-a verilən məlumata görə, əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Bu dəfəki hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili özəlləşdirilib.

Qeyd edək ki, Bakı  şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər  şəhər  və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib. Paytaxda özəlləşdirilən qeyri-yaşayış obyekti, Yasamal, Sabunçu, Nərimanov rayonlarında yerləşir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Ağcəbədi, Xızı, Lənkəran, Qobustan rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Lənkəran rayonunda yerləşən Avtodəstə olub. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi 11 min 383 kv.m, ümumi faydalı sahəsi isə 521 kv.m-ə yaxındır.

Əlvərişli olması ilə seçilən daha bir kiçik dövlət müəssisəsi Xızı rayonunda yerləşən Yanacaq doldurma məntəqəsidir. Həmin əmlakın torpaq sahəsi 3 min kv.m, ümumi faydalı sahəsi isə 93,6 kv.m təşkil edir. Qeyd edilməlidir ki, Xızı rayonunda yerləşən Yanacaq doldurma məntəqəsi potensial gəlir mənbəyi olmaqla alıcısı üçün əlverişlidir.

Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsi müvafiq olaraq Qobustan və Zərdab rayonunda yerləşir. Qobustanda yerləşən qeyri-yaşayış obyektinin torpaq sahəsi 96 kv.m, ümumi faydalı sahəsi isə 65,2 kv. təşkil edir. Zərdab rayonunda olan əmlakın isə ümumi faydalı sahəsi 28 kv.m təşkil edir, Ümumilikdə respublika üzrə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 28 kv.m ilə 114,7 kv.m arasında dəyişir. 

Regionlarda özəlləşdirmə prosesinin sürətlənməsi buranın sosial-iqtisadi inkişafına müsbət təsir edir. Bölgələrdə özəlləşdirilən hər bir əmlak yeni iş yerinin açılması, məşğulluğun səviyyəsinin artması deməkdir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nərimanov rayonunda yerləşən sahəsi 30 kv.m-ə yaxın olan qeyri yaşayış obyektidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investisiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur. Mühüm üstünlük isə hərracda satılan əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə  hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilər.

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 15 avqustda keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2166

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.