Xəbərlər

Boksçularımız Minskdə 5 medal qazanıblar
07 avqust, 2017 20:54

Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub.

1news.az-ın məlumatına görə, Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.

Turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Komandamızın heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Rüstəm Umudov (56 kq) yarışı 3-cü pillədə başa vurub.

Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.