Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:
Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda: |
|
rəhbər |
365 |
rəhbərin müavini |
345 |
sektor müdiri, baş mühasib |
315 |
baş məsləhətçi |
290 |
böyük məsləhətçi |
285 |
aparıcı məsləhətçi |
280 |
məsləhətçi |
275 |
Babək Cahandarov