Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına cari ilin 6 ayı ərzində 334 mindən artıq müraciət daxil olub.
1news.az-ın Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 30 mindən çox artıb. Müraciətlər üzrə əhaliyə zəruri tibbi yardım göstərilib. 2017-ci ilin ilk 6 ayı ərzində stansiyanın həkim və orta tibb işçilərinin ünvanına 500-dən artıq təşəkkür məktubu və zəngləri daxil olub ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlər əsasında 31800-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1100 nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 179000-dən artıq, miokard infarktı ilə müraciətlərin sayı 460, hospitalizasiya 440-a yaxın; insultla müraciətlərin sayı 1880, hospitalizasiya 1680; doğuşla bağlı müraciətlərin sayı 1580, hospitalizasiya 1580; avtoqəza zamanı xəsarət alanların sayı 1170 hospitalizasiya 1000-dən artıq olub.
Evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilb. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.
Babək Cahandarov