Hirkan Milli Parkında baş vermiş yanğın lokallaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğın baş vermiş ərazi yüksək dağlıq olduğu üçün yanğının söndürülməsində texnikadan istifadə edilməsinin mümkünsüz olduğu, daha çox əl əməyindən istifadə edildiyi bildirilib.
ETSN havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
Qeyd edək ki, bu gün saat 13 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar Nazirliklərinin (FHN) yerli qurumlarının əməkdaşları cəlb olunub.
1news.az