Xəbərlər

“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı təşkil olunub
06 avqust, 2017 19:35

“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı təşkil olunub.

Müdafiə Nazirliyindən 1news.az-a bildiriblər ki, “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisi, Rusiya Hərbi Dəniz Qüvvələrinin “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisinin heyətləri arasında avqustun 6-da voleybol üzrə yoldaşlıq görüşləri keçirilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman meydançasında keçirilən oyunlar olimpiya sistemi üzrə təşkil olunub.

Rusiya və İran komandaları arasındakı ilk görüşdə İran dənizçiləri uğur qazanıb.

Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə meydan sahibləri qalib gəliblər.

Gərgin final oyununda Azərbaycan dənizçiləri İran komandasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Üçüncü yer uğrunda görüşdə isə Rusiya dənizçiləri Qazaxıstan komandasından üstün olublar.

Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim edilib.

 1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.