Xəbərlər

Akademik Siddiqə Məmmədova son mənzilə yola salınıb
06 avqust, 2017 18:03

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat edib.

1news.az  xəbər verir ki, akademiklə vida mərasimi avqustun 6-da Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun kollektivi, şəhər ictimaiyyəti və mərhumun ailə üzvləri iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov vida mərasimində çıxış edərək bildirib ki, akademik Siddiqə Məmmədova bitki mühafizəsi, o cümlədən entomologiya sahəsində hərtərəfli biliyə malik olan alim idi.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Siddiqə Məmmədovanın vəfatının Azərbaycanın elmi ictimaiyyəti üçün ağır itki olduğunu vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, akademik Siddiqə Məmmədova Azərbaycanda və xaricdə tanınmış alim olub. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin medalı və diplomu ilə təltif edilib. Entomoloqların ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə çıxışında bildirib ki, yüksək ixtisaslı kadrların hazırlanması alimin daim diqqət mərkəzində olub. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanıb. Alimin özü 2 elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri olub.

Siddiqə Məmmədovanın ölkədə elmin inkişafı sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif edilib, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

1news.az

 

 

 

 

 

 

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.