Xəbərlər

Dövlət büdcəsinə gömrük daxilolmaları 20 faizə yaxın artıb
06 avqust, 2017 17:07

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,4 milyard manata yaxın vəsait köçürüb. Bu, ötən ilin ilk yeddi ayı ilə müqayisədə 18,64 faiz çoxdur.

1news.az  bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, iyul ayında büdcəyə daxilolmalar 256,6 milyon manat təşkil edib. Ötən ay ərzində gömrük rüsumlarından daxilolmalar 61,3 milyon manat, ƏDV-dən – 184,5 milyon manat, aksizdən – 8,06 milyon manat, yol vergisindən daxilolmalar 2,8 milyon manat təşkil edib.

2016-cı ilin iyul ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 33,15 faiz azalıb, ƏDV-dən – 49,5 faiz artıb, aksizdən – 45,4 faiz azalıb, yol vergisindən daxilolmalar 7,7 faiz azalıb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,205 milyard manat təşkil edir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.