Kliçko karyerasına son qoydu
03 avqust, 2017 15:56
Ağır çəki üzrə sabiq dünya çempionu, tanınmış boksçu Vladimir Kliçko karyerasına son qoyub.
1news.az-ın məlumatına görə, 41 yaşlı ukraynalı idmançı bunu özünün "Youtube" kanalındakı səhifəsində açıqlayıb. O bildirib ki, boksla birdəfəlik vidalaşmır, bu sahədə fəaliyyətini davam etdirəcək.
Kliçko videomüraciətində qeyd edib ki, bundan sonra da həyatında yeni uğurlar qazanacağına əmindir. O, idmandakı uğurlarına görə azarkeşlərinə təşəkkür edib.
Vladimir Kliçko 1996-cı ildən peşəkar boks yarışlarında çıxış etməyə başlayıb. O, WBO, IBO, IBF və WBA versiyaları üzrə dünya çempionu olub. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 21 illik karyerasında 69 döyüşü olub, onlardan 64-də qalib qazanıb.
Babək Cahandarov