Xəbərlər

Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb
02 avqust, 2017 12:59

Azərbaycanda tələbələrə akademik məzuniyyətin verilməsi qaydaları açıqlanıb.  

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair təhsil nazirinin yeni təsdiq etdiyi müvəqqəti qaydalara əsasən, tələbəyə akademik məzuniyyət bəzi hallarda və müəyyən müddətə verilir.

Belə ki, tələbə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, ailə vəziyyətinə görə 2 il müddətinədək, səhhətinə görə həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə, sosial məzuniyyətə çıxdıqda qanunvericiliklə müəyyən olunmuş müddətə, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə proqramda göstərilən müddətə akademik məzuniyyət əldə edir.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Babək Cahandarov

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.