Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu
02 avqust, 2017 09:20
Dünən Finlandiyanın Tampere şəhərində gənclər arasında güləş üzrə dünya çempionatına start verilib.
1news.az-ın verdiyi xəbərə görə, turnirin ilk günündə azərbaycanlı sərbəst güləşçi Şahin Muxtarov (50 kq) qızıl medal qazanıb.
Həlledici görüşdə azərbaycanlı güləşçi Moldovanı təmsil edən erməni əsilli Karen Zurabyanı 7:5 hesabı ilə məğlub edib.
S.Xankişiyeva