Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibləri müəyyənləşib
02 avqust, 2017 19:47
Bakıda Azərbaycanın məşhur şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparıblar.
Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
Gərgin mübarizə şəraitində davam edən beynəlxalq turnirin qalibi 8,5 xal toplayan Xəzər Babazadə olub. Toğrul Əliyev 7,5 xalla ikinci, Seyid Hüseyn isə 7 xalla üçüncü yeri tutub.
S.Xankişiyeva