Saakaşvili Gürcüstana ekstradisiya edilə bilər
02 avqust, 2017 19:36
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili rəsmi Tbilisi tərəfindən yeni müraciət ediləcəyi təqdirdə Gürcüstana ekstradisiya edilə bilər.
1news.az-ın AzVision.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Ukraynanın Baş Prokurorluğundakı mənbə "Ukrayna Həqiqətləri" adlı nəşrə bildirib.
Qeyd olunub ki, Mixail Saakaşvili Ukraynanın vətəndaşlığından məhrum edilib ki, bu da ekstradisiyanı mümkün edib. Belə ki, keçmiş prezident Ukraynaya qayıdan zaman onun passportu əlindən alınacaq və neytral zonada saxlanılacaq. Bundan sonra Mixail Saakaşvili müraciət edilən ölkəyə göndəriləcək.
S.Xankişiyeva