Xəbərlər

Fillipi prezidenti Kim Çen İnə xəbərdarlıq edib
02 avqust, 2017 15:53

Filippin prezidenti Rodriqo Duterte Şimali Koreya lideri Kim Çen İni  "axmaq" və "əclaf" adlandırıb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, prezident Manilada keçiriləcək və Şimali Koreyanın xarici işlər nazirinin də iştirak edəcəyi ASEAN sammiti ərəfəsində belə açıqlama ilə çıxış edib.

O deyib ki, Şimali Koreya lideri özünü yaxşı göstərmək istəyir: "Ancaq o, əclafdır. Əgər səhvə yol versə, Uzaq Şərq quru ərazilərə çevriləcək. Bunu dayandırmaq lazımdır, bu, nüvə müharibəsidir”.

Kim Çen İnin təhlükəli oyuncaqlarla oynadığını bildirən Fillipin prezidenti, regiondakı münaqişənin təhlükələri ilə bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, qarşıdurma torpaqların və resursların tükənməsinə səbəb ola bilər.

Qeyd edək ki, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının(ASEAN) illik konfransı avqustun əvvəlində xarici işlər nazirlərinin iştirakı ilə Manilada keçiriləcək. Bu, Şimali Koreyanın xarici işlər nazirinin qatıldığı azsaylı beynəlxalq tədbirlərdən biridir.

P.Sultanova

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.