Ermənistan prezidenti Serj Sarkisyan Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək.
1news.az xəbər verir ki, Sarkisyan səfər ərəfəsində İRNA agentliyinə müsahibə verib. O vurğulayıb ki, Tehran və İrəvan arasında münasibətlərin çoxillik tarixə malikdir.
Sarkisyanın sözlərinə görə, enerji və qaz sahəsində əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də iki ölkənin enerji təhlükəsizliyi baxımından vacib əhəmiyyət kəsb edir:
"Bu gün Ermənistan İranı Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrlə əlaqələndirə bilər. Biz Aİİ çərçivəsində güzəştli ticarətlə bağlı İranla danışıqlar aparmışıq. Bu cür əməkdaşlıq İran iş adamlarına Aİİ bazarına, Birliyin üzvlərinin isə İran bazarına daxil olmasına imkan verir”.
O, İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da rolunu yüksək qiymətləndirib.
Sarkisyan bildirib ki, İranla vizasız rejimə keçiddən sonra ötən il İrandan Ermənistana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.
P.Sultanova