Bakı Nəqliyyat Agentliyi vahid sürücü bazasının yaradılmasını yekunlaşdırıb
01 avqust, 2017 12:42
Bakı Nəqliyyat Agentliyi (BNA) vahid sürücü bazasının yaradılmasını yekunlaşdırıb. Vahid sürücü bazasına 3002 sürücünün məlumatı daxil edilib.
1news.az-a Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin verdiyi məlumata əsasən, BNA-nın tələbinə əsasən müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər öz sürücüləri ilə bağlı məlumatları vahid bazada toplanması üçün təqdim edib.
“Bazada məlumatları olan sürücülərin əmək fəaliyyətinə nəzarət etmək də mümkün olacaq və həmin sürücülər yaxın 10 gün ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb ediləcək”.
M.Ağayevin sözlərinə görə, təlimləri keçməyən sürücülər sükan arxasına buraxılmayacaq.
S.Xankişiyeva