Xəbərlər

Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edilib
01 avqust, 2017 12:20

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanı ilə Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edilib.

 Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                          

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası (bundan sonra – Şura) “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanına uyğun olaraq, ölkənin makroiqtisadi və maliyyə sabitliyinin daha da möhkəmləndirilməsi və dayanıqlığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

2. Şuranın fəaliyyət istiqamətləri

2.0. Şura aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal, monetar və maliyyə-bank sektorlarında baş verən prosesləri, maliyyə sabitliyinin mövcud vəziyyətini və çərçivəsini, maliyyə sabitliyinə cari və potensial təhdid və riskləri, habelə bu sahədə qanunvericilik bazasını təhlil edir və Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

2.0.2. maliyyə sabitliyinə yarana biləcək təhdidlərin qarşısının qabaqlayıcı rejimdə alınması, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa və çərçivəyə, onların icra mexanizmlərinə və bu sahələrdə islahatların aparılmasına dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

2.0.3. ölkədə cari və ortamüddətli dövr üçün makroiqtisadi siyasətlə, həmçinin fiskal, monetar və maliyyə sabitliyi ilə bağlı qərarların qəbul olunmasını və həyata keçirilməsini əlaqələndirir.

3. Şuranın əsas vəzifələri və hüquqları

3.1. Şuranın əsas vəzifələri aşağıdakılardır:

3.1.1. beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, aşağıdakı istiqamətlərdə təhlillər, araşdırmalar və monitorinqlər aparmaq, bu məqsədlə dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək və Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək:

1. makroiqtisadi və maliyyə sabitliyi risklərinin müəyyən edilməsi, təhlili və onların idarə olunması;

2. büdcə və pul-məzənnə siyasətinin makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişaf hədəfləri ilə uzlaşdırılması;

3. fiskal dayanıqlığın gücləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş istifadə olunan fiskal qaydaların tətbiq edilməsi;

4. maliyyə sisteminin sağlamlaşdırılması, dayanıqlığının təmin edilməsi və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi;

5. valyuta tənzimlənməsinin və nəzarətinin təkmilləşdirilməsi;

6. makroiqtisadi və maliyyə sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi;

7. makroiqtisadi və maliyyə sabitliyinin möhkəmləndirilməsinə dəstək verən struktur islahatlarının həyata keçirilməsi;

3.1.2. bu Əsasnamənin 3.1.1-ci yarımbəndində qeyd olunan istiqamətlər üzrə dövlət orqanlarına və digər aidiyyəti qurumlara həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirmək, onlar arasında məlumat mübadiləsini təmin etmək;

3.1.3.maliyyə sabitliyinin təmin edilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın və işgüzar əlaqələrin genişləndirilməsinə dair təkliflər hazırlamaq;

3.1.4. ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat vermək;

3.1.5. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.

3.2. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.2.1. bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinə uyğun olaraq görülən işlərə aidiyyəti dövlət orqanlarını və qurumlarını cəlb etmək;

3.2.2. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin onların hazırlanmasında iştirak etmək;

3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq;

3.2.7. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin beynəlxalq təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar və digər tədbirlər keçirmək;

3.2.9. bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinin icrası ilə bağlı qərarlar qəbul etmək;

3.2.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

4. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibini (sədrini və üzvlərini) Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

4.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:

4.2.1. Şuranın fəaliyyət planını təsdiq edir və həyata keçirir;

4.2.2. Şuranın işini təşkil edir və ona rəhbərlik edir;

4.2.3. Şura üzvlərinin təkliflərini nəzərə almaqla, Şuranın iclaslarının gündəliyini müəyyən edir və keçirilən iclaslarda sədrlik edir;

4.2.4. müzakirə edilən məsələlərə dair Şuranın qəbul etdiyi qərarları və onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.5. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar yaradır;

4.2.6. ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat verilməsini təmin edir;

4.2.7. Şuranın Katibliyinin reqlamentini təsdiq edir;

4.2.8. Şuranı təmsil edir;

4.2.9. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər cari işləri görür.

4.3. Şura üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Şuranın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;

4.3.3. təmsil etdikləri təşkilatın Şura üzrə koordinatorunu müəyyən etmək;

4.3.4. Şuranın fəaliyyəti ilə bağlı digər cari işləri görmək.

4.4. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həllini və kargüzarlıq işinin aparılmasını Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir.

4.5. Şuranın Katibliyinin tərkibi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

4.6. Şuranın Katibliyi:

4.6.1. Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

4.6.2. Şuranın iclaslarının gündəliyi, tarixi və keçiriləcəyi yer haqqında məlumatları həmin iclasların keçirilməsinə ən azı 5 iş günü, növbədənkənar iclaslar zamanı isə ən azı 1 iş günü qalmış Şuranın üzvlərinə çatdırır;

4.6.3.Şuranın müzakirəsinə çıxarılacaq məsələlərə dair materialları toplayır və bu Əsasnamənin 4.6.2-ci yarımbəndində müəyyən olunmuş müddətlərdə Şuranın üzvlərinə çatdırır;

4.6.4. Şuranın qərarı və Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında aidiyyəti dövlət orqanlarının və qurumlarının, hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

4.6.5. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

4.6.6. Şuranın iclaslarının protokollarının və Şurada qəbul olunmuş qərarların surətlərini Şuranın üzvlərinə, habelə Şuranın qərarı ilə müəyyən olumuş aidiyyəti qurumlara çatdırır;

4.6.7. Şuranın iclaslarının protokollarını və digər sənədlərini saxlayır;

4.6.8. Şuranın fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan belə məlumatları (sənədləri), habelə hesabat və arayışları alır;

4.6.9. Şuranın fəaliyyəti barədə ictiamiyyəti məlumatlandırır;

4.6.10. bu Əsasnamənin 4.4-cü bəndindən irəli gələn digər vəzifələri yerinə yetirir.

4.7. Şuranın iclasları növbəti və növbədənkənar olaraq keçirilir. Növbəti iclaslar rübdə bir dəfədən az olmayaraq, növbədənkənar iclaslar isə Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun müraciətinə əsasən keçirilir.

4.8. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

4.9. Şuranın iclaslarında səsvermə açıq keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab edilir.

4.10. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır.

4.11. Şuranın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.